Gərginliyin iç üzü | Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü niyə blokladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb.
Bu barədə "AnewZ" xəbər verir.
Pekin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun "Şanxay ruhu" prinsiplərinə uyğun olduğunu qeyd edib.
"Öz növbəsində vəziyyətlə tanış olan rəsmi şəxslər "AnewZ"a bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və "Şanxay ruhu" prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistanla qardaşlıq münasibətləri ilə sıx bağlıdır", – deyə telekanal bildirib.
Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir.
#Hindistan teqi istifadə olunub
- Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
