Güney azərbaycanlılardan Amuli və əlaltılarına cavab | Divarlara liderlərin fotoları vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin cümə imamı Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab verib.
“Azad İran” teleqram kanalı xəbər verir ki, Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.
Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.
Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.
Xatırladaq ki, Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycan və Türkiyə liderlərinin ünvanına hədyanlar səsləndirilmişdi.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
