Pleyeri seçin:

Gürcü politoloqlar mövcud vəziyyəti Baku TV-yə şərh etdi - Baku TV

11 dekabr 2025 610 baxış

“BBC hazırladığı filmlə Gürcüstanda qarışıqlıq yaratmağa və ölkədə etiraz dalağalarını gücləndirməyə çalışır”.

Bu sözləri Baku TV-yə açıqlamalarında gürcü politoloqlar BBC telekanalının Gürcüstandakı etirazlar barədə hazırladığı ekran əsərini şərh edərkən bildiriblər.

Ekspertlər bunun ölkədə müxalifətə dəstək məqsədi daşıdığını və yenidən etirazların başlamasına təkan vermək üçün olduğunu vurğulayıblar.

“BBC-nin hazırladığı film jurnalistika standartlarından çox uzaqlardadır. İlk növbədə, orada yalnız bir tərəfin mövqesi yer alıb. Hakim partiya tərəfindən onların bütün suallarına cavab verildiyi halda, bu barədə ümumiyyətlə heç nə yoxdur və ya olduqca azdır. Jurnalistikanın qızıl qaydası isə tərəflər arasında balansı qorumaqdır.

Filmin yayımlanma tarixi də maraqlıdır. Faktiki olaraq müxalifət bütün resurslarını tükədib. Aksiyalarda da demək olar ki, iştirakçılar yox səviyyəsinə enib. Düşünürəm ki, əlavə stimula ehtiyac var idi və məhz BBC də bu stimulu verməyə çalışır. Bununla ölkədə yenidən qarışıqlıqlar yaradıb etiraz dalğalarını gücləndirməyə çalışırlar. Lakin cəhdlərinə baxmayaraq, onlar məqsədlərinə çata bilmədilər”, – deyə politoloq Zaal Anjaparidze qeyd edib.

Politoloq Badri Naçkebia isə filmdə yer alan Gürcüstan Daxili İşlər Nazirliyinin etirazçılara qarşı kimyəvi maddələrdən istifadə etməsi ittihamına münasibət bildirib. O, bununla Gürcüstanın hazırkı hakimiyyətinin heç bir əlaqəsinin olmadığını söyləyib:

“Kimyəvi zəhərləyici maddənin istifadə edilməsi ilə bağlı yayılan məlumatlar təəssüf doğurur. Bəzi iddialara görə, bu maddə əvvəlki Mixeil Saakaşvili hakimiyyəti dönəmində daxili işlər naziri Vano Merabişvili tərəfindən alınıb. Daha sonra onun istifadə edilib-edilməməsi isə bəlli deyil. Belə olan halda, hazırkı hakimiyyətə qarşı bundan istifadə edib günahlandırmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq yalan ittihamlardan başqa birşey deyil. Bu baxımdan düşünürəm ki, davam edən araşdırmaların nəticəsində hər şey tam bəlli olacaq və yalan məlumat yayanlar buna görə cavab verməli olacaqlar”.

Kopyalandı
Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 610 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 610 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 610 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 610 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 610 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 610 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 610 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 610 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 610 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 610 baxış
Seçilmişlər
icon