Pleyeri seçin:

Gürcüstan mətbuatı İlham Əliyevin səfərini geniş işıqlandırıb - Baku TV

07 aprel 2026 345 baxış

Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.

Dərc olunan məqalə və yayımlanan sujetlərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək.

Dövlət başçısının mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək bildirilib ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.

Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulduğu, ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığı və bunun bütün qonşu dövlətlər üçün nümunə olduğu vurğulanıb.

Yerli mətbuatın yazdığına görə, Azərbaycan enerji təhlükəsizliyi baxımından Gürcüstan üçün etibarlı tərəfdaşdır. Qeyd olunub ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Bu, hər zaman belə olub və gələcəkdə də belə olacaq.

Materiallarda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hava limanında qarşılanma mərasimi, eləcə də dövlət başçısının gürcüstanlı həmkarı ilə görüşü, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüşdən sonra mətbuata bəyanatında səsləndirdiyi fikirlər əksini tapıb.

Qeyd edək ki, ümumilikdə qonşu ölkənin 50-dən çox portal və televiziyasında 90-a yaxın material yayımlanıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 345 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 345 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 345 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 345 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 345 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 345 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 345 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 345 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 345 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 345 baxış
Seçilmişlər
icon