Gürcüstanlı alimlər Ulu Öndərlə bağlı xatirələrini bölüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən Heydər Əliyevdən daha böyük mütəfəkkir tanımıram. Bugünkü müasir Azərbaycanın qurucusu məhz Heydər Əliyevdir”.
Bu fikirləri Baku TV-yə verdikləri müsahibələrində gürcüstanlı elm xadimləri və politoloqlar bildiriblər.
Gürcüstanın Təhsil və Elm Akademiyasının prezidenti, Tbilisidəki Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze Heydər Əliyevin gürcü xalqına olan sevgisindən danışıb.
Onun sözlərinə görə, Heydər Əliyev bütövlükdə Cənubi Qafqazın arxitektorudur: “O, Gürcüstanı və gürcü xalqını uşaqlıqdan sevirdi. Azərbaycanla Gürcüstan dövlətləri arasındakı münasibətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev kimi insan nə ötən əsrdə anadan olub, nə də bu əsrdə dünyaya gələcək”.
Professor İndira Dzaqaniya isə Heydər Əliyevin iki dövlət arasındakı dostluq münasibətlərinə verdiyi töhfələrdən danışıb. O qeyd edib ki, Heydər Əliyev Azərbaycan üçün olduğu kimi, Gürcüstan üçün də olduqca önəmli şəxsiyyətdir.
Politoloq Davit Calaqoniya isə vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin təməlini qoyan məhz Heydər Əliyev idi: “Bu layihə yalnız bizim ölkələrimiz arasındakı dostluq münasibətlərini deyil, iqtisadi və siyasi ələqələrimizi də gücləndirmiş oldu”.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
