Pleyeri seçin:

Gürcüstanlı nazirlər əsəbiləşdi | Zurabişvili İlham Əliyevi niyə təbrik etmirdi?

12 fevral 2024 509 baxış

“Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevi təbrik etməkdən çəkinməklə ölkəyə ziyan vurur”.

Bunu Gürcüstanın mədəniyyət və idman naziri Teya Tsulukiani deyib.

“Cənab İ.Əliyevi qələbə münasibətilə təbrik etməkdən çəkinən Gürcüstan Prezidentinin susması, məncə, dövlətimizə ziyan vurur. Biz hamımız Prezidentimizə xatırlatmaq istəyirik ki, bu, son illərdə geosiyasi və təhlükəsizlik risklərinin artdığı regiondur.

Gürcüstan hökuməti bu risklərin sığortalanmasına hər gün qayğı göstərir və bunun fonunda Ali Baş Komandan olan Prezident qonşumuzu, tərəfdaşımızı, dövlət dostumuzu seçkilərdəki qələbəsi münasibətilə təbrik etməkdən çəkinir. Bu, siyasi miopiyadır”, – T.Tsulukiani bildirib.

Onun sözlərinə görə, S.Zurabişvilinin məqsədi Azərbaycanla tərəfdaşlığı qorumaq və inkişaf etdirmək olmalıdır, lakin o, bunun əksini edir. Gürcüstanın müdafiə naziri İrakli Çikovani də S.Zurabişvilini tənqid edib:

“Prezidentin bu istiqamətdə fəaliyyətsizliyi mənim üçün anlaşılmazdır, çünki hamı başa düşür ki, bizim Azərbaycanla strateji tərəfdaşlığımız və əməkdaşlığımız var. Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirilməsinə dəfələrlə töhfə vermiş Azərbaycan rəhbəri ilə bizim xüsusi münasibətimiz mövcuddur. Digər tərəfdən isə sadə diplomatik etiket tələb edir ki, bu cür təbriklər daha erkən edilsin”.

Bütün bu tənqidlərdən sonra fevralın 11-i Gürcüstan Prezidenti S.Zurabişvili İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev 92.12 faiz səs alaraq növbəti dəfə Azərbaycan prezidenti seçilib. Gürcüstan Baş naziri Azərbaycan Prezidentini ən erkən təbrik edənlər sırasındadır.

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 509 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 509 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 509 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 509 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 509 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 509 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 509 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 509 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 509 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 509 baxış
Seçilmişlər
icon