Gürcüstanlı politoloqlardan Ərdoğana dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Prezidentinin səyləri nəticəsində imzalanan taxıl sazişi bütün dünyanı aclıqdan xilas etdi. Ərdoğan ölkəsini bölgədəki liderliyindən qlobal liderlik səviyyəsinə aparmağa çalışır”.
Bu sözləri Baku TV-yə verdiyi müsahibələrində gürcü politoloq və ekspertlər Rəcəb Tayyib Ərdoğanın fəaliyyətindən danışarkən deyiblər.
Politoloq Vaxtanq Maisayanın sözlərinə görə, prezident seçkilərinin nəticəsi ölkənin gələcəyini müəyyənləşdirəcək: “Uzun illərdir Türkiyədə hakim partiyanın rəhbəri olan Ərdoğan böyük islahatlar həyata keçirdi. Öz uğurlu xarici siyasətini formalaşdırdı. Həmçinin Rusiya-Ukrayna müharibəsində Türkiyənin rolunu bütün dünya gördü”.
Badri Naçkebia isə bildirib ki, R.T.Ərdoğan yalnız öz ölkəsində deyil, bütövlükdə bölgədə stabilliyi təmin edib. “Türkiyə Gürcüstanın strateji tərəfdaşıdır. Bu baxımdan Gürcüstan da Ərdoğanın prezident seçkilərində qalib gəlməsində maraqlıdır. Türkiyə liderinin qalibiyyəti stabilliyin və uğurlu inkişafın davamı olacaq”, – deyə politoloq əlavə edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
