Hakan Fidan Azərbaycan-Türkiyə qardaşlığından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq tədbir keçirilib.
Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov ümummilli liderin uzaqgörən siyasətindən söhbət açıb, onun 100 illik yubileyinin təntənə ilə qeyd olunması istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Heydər Əliyev müdrik dövlət xadimi olmaqla yanaşı, həm də güclü strateq idi.
"Qardaşlığımızın simvolu və sloqanı hesab edilən və Mustafa Kamal Atatürkə məxsus olan cümləni yada salmaq istəyirəm. Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir. Tarix bizim taleyimizin də bir olduğunu sübut edir. Belə ki, 20-ci əsrin əvvəllərində Osmanlı imperiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və Bakının azad edilməsində böyük rol oynadı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə fəaliyyəti nəticəsində ölkələrimizin gələcəyi həmişəkindən daha parlaqdır”, – deyə Hakan Fidan qeyd edib.
H.Fidan onu da bildirib ki, Heydər Əliyev Türkiyə üçün çox önəmli şəxsiyyətdir və hər zaman böyük hörmətlə yad edilir.
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
