Hakimiyyət yaxşı bilir ki... | Erməni politoloqdan KTMT və Bakı barədə gözlənilməz açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan indi təhlükəsizlik baxımından 5 il əvvəlkindən qat-qat zəifdir. Bu bir faktdır və hətta müzakirə olunacaq bir şey deyil”.
Bu sözləri erməni politoloq Satik Seyranyan erməni mediasına geniş müsahibəsində deyib.
“Bu gün bizim təhlükəsizlik sistemimiz sarsılıb, Azərbaycan öz ambisiyalarını davam etdirir, hərbi balans Azərbaycanın xeyrinədir, ona görə də bu şərtlər altında indi içində olduğumuz KTMT təhlükəsizlik sistemindən çıxmaq səhvdir. Heç bir Qərb ölkəsi Ermənistanla müqavilə imzalamayacaq, təhlükə yaranacağı təqdirdə heç kim Ermənistanı silah gücü ilə müdafiə etməyəcək.
Bu kontekstdə Rusiya ilə münasibətlərin korlanmasının bizim üçün faydalı olduğunu düşünmürəm. Hesab edirəm ki, hakimiyyətdə bəzi adamlar bunu başa düşür və bu səbəbdən KTMT-dən de-yure çıxmaqla bağlı açıqlama verilmir”, – o bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
