Pleyeri seçin:

Haylar Orta Asiya ərazilərinə də iddia edirlər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

22 aprel 2024 446 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Xaqani İsmayıl olub.

O, doğulub boya-başa çatdığı Loru mahalının Dağ Borçalı ərazisindən – Qaraqala kəndindən söhbət açıb. Bildirib ki, kəndləri həm füsunkar təbiətinə, həm də tarixiliyinə görə diqqət çəkib.

Babası Molla Süleymanın vaxtilə Türk Ordusuna dəstəyinə görə təqib olunduğunu, adına xalq düşməni damğası vurulduğunu, sürgün edildiyini xatırladan X.İsmayıl söyləyib ki, atası Neman İsmayılov da erməni millətçilərinin müxtəlif təzyiqləri ilə üzləşib.

Hayların yaranması, mənşəyi barədə məlumatların ziddiyyətli olmasına diqqət çəkən X.İsmayıl deyib ki, ermənilərin Cənubi Qafqaza gəlmə xalq olması faktlarla təsdiqini tapıb.

O, Birinci Dünya müharibəsindən qalib çıxan dövlətlərlə ermənilərin gizli sövdələşmələrindən, əsassız ərazi iddialarından da danışıb. Bildirib ki, daşnakların yersiz iddiaları hətta o dövrün böyük dövlətlərini də təəccübləndirib.

Onun sözlərinə görə, oktyabr inqilabına qədər Türkiyə cəbhəsindəki Çar Rusiyası ordusunun tərkibində 150 minə yaxın erməni əsgər və zabit xidmət edib.

Araşdırmaçı söyləyib ki, Vladimir İliç Leninin hakimiyyətə gəlməsindən sonra geri çəkilən rus ordusunun tabeliyindəki erməni yaraqlıları Cənubi və Qərbi Azərbaycanda, Türkiyədə, indiki Gürcüstan ərazisində sadəcə müsəlman-türklərə qarşı deyil, digər millətlərə münasibətdə də böyük faciələr törədiblər.

O, ermənilərin rus, yəhudi, yunan, gürcü, almanlara qarşı soyqırımı cinayəti törətməsinə dair tarixi sənədlərin olduğunu bildirib. Qeyd edib ki, ermənilər sadəcə dənizdən-dənizə xülyası ilə yaşamayıb, eyni zamanda Orta Asiya ərazilərinə də iddialar irəli sürüblər.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Siyasət
26 sentyabr 2026 446 baxış
“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
İqtisadi sahədə ölkəmiz üçün prioritetlər | "Uzun müddətdir ki, bunun üzərində işləyirik" - Baku TV

İqtisadi sahədə ölkəmiz üçün prioritetlər | "Uzun müddətdir ki, bunun üzərində işləyirik" - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
"Beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" | İlham Əliyev - Baku TV

"Beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" | İlham Əliyev - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
"Özümüzü nə qədər tərifləsək..." | Prezidentin iştirak etdiyi forumda diqqətçəkən anlar - Baku TV

"Özümüzü nə qədər tərifləsək..." | Prezidentin iştirak etdiyi forumda diqqətçəkən anlar - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
"Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV

"Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV

Siyasət
26 sentyabr 2026 446 baxış
Seçilmişlər
icon