Hər gün Azərbaycanla sülh üçün əla fürsətdir | Paşinyandan vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Hər gün Azərbaycanla sülh sazişinin imzalanması üçün daha bir əla fürsətdir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, İrəvan istənilən gün rəsmi Bakı ilə sülh müqaviləsini imzalaya bilər.
Onun sözlərinə görə, məsələ bundadır ki, sazişin mətni ətrafında razılaşmalar əldə edilməlidir. N.Paşinyan buna nail olunacağına dair ümidini ifadə edib.
“Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Sazişin əsas prinsipi razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız olacaq. Müqavilənin imzalanma yeri və tarixi əlavə müzakirə ediləcək başqa bir məsələdir”, – deyə hökumət rəhbəri bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
