“Hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın” | Azərbaycan Prezidenti - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan xalqına Yeni il təbrikimdə də demişdim ki, bugünkü dünya belədir – kim güclüdür, o da haqlıdır”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Türk Dövlətləri Təşkilatının Qəbələdəki Zirvə Görüşündə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini xatırladan dövlət başçısı deyib:
“Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində böyük rəmzi məna ola bilər, eyni zamanda praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.
Prezident İlham Əliyev qeyd edib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur: “Bunu hər kəs gərək unutsun. Güc, əməkdaşlıq, müttəfiqlik, qarşılıqlı dəstək var”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
