Hikmət Hacıyevdən Qarabağdakı ermənilərə çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
“Hüquqi baxımdan Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb”.
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “TRT World”ə deyib.
Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər: “Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə bizim suverenliyimizi və qanunlarımızı da tanıyırlar”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının üzvüdür:
“Belə konvensiyalar çərçivəsində biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”, – deyə diplomat bildirib.
O həmçinin İrəvana və Fransa kimi onu dəstəkləyənlərə xəbərdarlıq edərək bildirib ki, Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazinin “boz sahə”yə çevrilməsinə imkan verməyəcək.
“Əsl həll yolu yerdədir. Azərbaycan irəli getmək, reinteqrasiya prosesini təmin etmək və yolları açmaq prinsipini rəhbər tutaraq Qarabağ ermənilərini sosial, siyasi və bir sıra digər məsələləri müzakirə etmək və gündəliyi müəyyən etmək üçün birbaşa təmasda olmağa dəvət edib”, – deyə Hikmət Hacıyev vurğulayıb.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
