“Hraparak”dan Paşinyanın konstitusiya planı barədə sensasiyalı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının preambulasında yer alan müstəqillik bəyannaməsinə istinadın əvəzlənməsi ilə bağlı təklifi keçiriləcək referenduma çıxarmağı planlaşdırır.
Bu barədə “Hraparak” qəzeti məlumat verib.
Bildirilib ki, dəyişiklik nəticəsində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.
Nəşrin məlumatına görə, N.Paşinyan geniş siyasi dəstək olmayacağı halda belə bu planı həyata keçirməkdə qərarlıdır.
Qeyd edək ki, N.Paşinyan 2024-cü ilin sentyabrında Azərbaycanla sülh sazişinin bağlanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsinin mümkün olduğunu bildirib. 2025-ci ilin fevralın 19-da isə N.Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin vacibliyini bəyan edib.
Hökumət nümayəndələri 2026-cı ildə keçiriləcək parlament seçkisinə qədər Konstitusiyanın yeni mətninin hazırlanması ilə bağlı planların olduğunu bildiriblər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
