Pleyeri seçin:

İki ölkəni birləşdirən dəmiryol xəttinin əhəmiyyəti nələrdir? | Logistika üçün yeni imkanlar

21 avqust 2025 528 baxış

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Türkiyəli nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.

Təməli atılacaq bu xətt Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:

"Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq.

Bundan əlavə, bu xətt Trans-Xəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək. Orta Dəhlizin dəmir yolu və avtomobil yolu yükdaşıma qabiliyyəti artacaq”, ‒ deyə türkiyəli nazir vurğulayıb.

Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını da bildirib.

“Dəmir yolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikasiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”, ‒ deyə nazir qeyd edib.

O əlavə edib ki, lahiyədə 24 tunel, 10 körpü, 171 keçid yer alacaq.

Banner
Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Siyasət
04 noyabr 2026 528 baxış
“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

Siyasət
04 noyabr 2026 528 baxış
Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Siyasət
04 noyabr 2026 528 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 528 baxış
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 528 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 528 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 528 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 528 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 528 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 528 baxış
Seçilmişlər
icon