İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Paueri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib ki, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələri və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsi də toplanmış silah və hərbi texnikaya baxıblar.
Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini deyən İlham Əliyev onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
