İlham Əliyevdən Aleksandr Lukaşenkoya məktub
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya məktub ünvanlayıb.
Təbrikdə deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç, sizi və sizin simanızda dost Belarus xalqını Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm”.
Məktubda həmçinin son 30 ildə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb.
Öz növbəsində Aleksandr Lukaşenko da İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub ki, Azərbaycan Prezidentinin bilavasitə dəstəyi ilə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.
Təbrik məktubunda həmçinin çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığının ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcəyi, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəyindən əminlik ifadə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
