İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib | Görüşdə nələr müzakirə edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib.
Dövlət başçısı Feridun Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirib. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğulayıb.
ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd edib. Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxunub.
Dövlət başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.
Görüşdə Azərbaycanla ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
#Feridun Sinirlioğlu teqi istifadə olunub
- Avropada nələr baş verir? | "Gözlənilən müharibədən ehtiyat edirlər" - Baku TV
- ATƏT-in Baş katibindən sülhlə bağlı açıqlama | Dialoqlar mütləq şəkildə davam etməlidir...
- Feridun Sinirlioğlu ATƏT-in minatəmizləmə sahəsində Azərbaycana dəstəyindən danışdı
- Azərbaycanın baxışları ATƏT-in Baş katibinin diqqətinə çatdırıldı | Ceyhun Bayramovdan açıqlama
- Ceyhun Bayramov və ATƏT-in Baş katibinin birgə mətbuat konfransı
