İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib və bunun ATƏT məkanında sülh üçün önəmini vurğulayıb. O, həmçinin Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və əlaqəli strukturların 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirib. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunan Vaşinqton razılaşmalarının sülh gündəliyini irəli apardığını və TRİPP layihəsinin regional əməkdaşlıq üçün əhəmiyyətini qeyd edib. Görüşdə həmçinin Azərbaycan-ATƏT və Azərbaycan-Finlandiya ikitərəfli əlaqələri müzakirə edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV
- Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV
- Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV
- Prezidentin Şamaxıya səfərinin yekunları
- Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV
