İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.
AEBA-nın Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlət başçısını təbrik edib. Bildirib ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın beynəlxalq aləmdə rolunu daha da gücləndirib. Rafael Mariano Qrossi ölkəmizlə rəhbərlik etdiyi agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb.
Prezident Baş direktora tədbirdə iştirakına görə minnətdarlığını ifadə edib, AEBA ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. Dövlət başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirib. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
