Pleyeri seçin:

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

05 oktyabr 2026 27 baxış

Prezident İlham Əliyev oktyabrın 5-də Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.

Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.

Dövlət başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək perspektivdə onların sayının artmasının önəminə toxunub.

Dövlət başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunulub, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib, bu xüsusda bu ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.

Azərbaycan və Malayziya arasında mühüm məsələlər müzakirə edildi - Baku TV

Azərbaycan və Malayziya arasında mühüm məsələlər müzakirə edildi - Baku TV

Siyasət
05 oktyabr 2026 27 baxış
Dövlətin yeni ideoloji kursu: Azərbaycan hansı modeli qurur? - AKTUAL GÜNDƏM

Dövlətin yeni ideoloji kursu: Azərbaycan hansı modeli qurur? - AKTUAL GÜNDƏM

Siyasət
05 oktyabr 2026 27 baxış
Cənubi Qafqazın ən böyük partiyası olan YAP barədə vacib detallar - Baku TV

Cənubi Qafqazın ən böyük partiyası olan YAP barədə vacib detallar - Baku TV

Siyasət
05 oktyabr 2026 27 baxış
Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV

Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV

Siyasət
04 oktyabr 2026 27 baxış
İlham Əliyevin çıxışındakı əsas mesajlar və Azərbaycanın yeni təhlükəsizlik xətti - YEKUNLAŞDIRAQ

İlham Əliyevin çıxışındakı əsas mesajlar və Azərbaycanın yeni təhlükəsizlik xətti - YEKUNLAŞDIRAQ

Siyasət
04 oktyabr 2026 27 baxış
ADEX 2026-nın pərdəarxası: yeni müqavilələr, yeni istehsal və artan güc - HƏRBİ XRONİKA

ADEX 2026-nın pərdəarxası: yeni müqavilələr, yeni istehsal və artan güc - HƏRBİ XRONİKA

Siyasət
04 oktyabr 2026 27 baxış
Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışına dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışına dair videoçarx paylaşılıb

Siyasət
04 oktyabr 2026 27 baxış
Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV

Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV

Siyasət
04 oktyabr 2026 27 baxış
Talış, Arakəsər, Suqovuşan - bir əməliyyatın xronikası - QARABAĞ XRONİKASI

Talış, Arakəsər, Suqovuşan - bir əməliyyatın xronikası - QARABAĞ XRONİKASI

Siyasət
03 oktyabr 2026 27 baxış
Dövlət başçısının çıxışındakı əsas mesajlar hansı istiqamətləri əhatə etdi?

Dövlət başçısının çıxışındakı əsas mesajlar hansı istiqamətləri əhatə etdi?

Siyasət
03 oktyabr 2026 27 baxış
Seçilmişlər
icon