Siyasət
Pleyeri seçin:

İlham Əliyev Bakı Olimpiya Stadionunda | COP29-la bağlı hazırlıqlar

17 oktyabr 2024

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib.

Qeyd edilib ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verilib.

Dövlət başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olub.

Azərbaycan Prezidentinə COP29 Yaşıl Zonada görülən işlər barədə də geniş məruzə edilib. Dövlət başçısı Media Mərkəzinə də baxıb. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır.

Bildirilib ki, konfransın işıqlandırılması üçün bu günə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

Ölkəmizdə ciddi hazırlıq gedir | COP29-un prezidenti iqlim strategiyasından danışdı

Ölkəmizdə ciddi hazırlıq gedir | COP29-un prezidenti iqlim strategiyasından danışdı

Siyasət
18 oktyabr 2024
COP29 dövründə hərəkət məhdudlaşdırılacaq? | Prezidentin köməkçisi açıqladı

COP29 dövründə hərəkət məhdudlaşdırılacaq? | Prezidentin köməkçisi açıqladı

Siyasət
18 oktyabr 2024
18 Oktyabrın önəmi | Müstəqilliyə gedən yolda nələr baş verdi? - BAKU AKTUAL

18 Oktyabrın önəmi | Müstəqilliyə gedən yolda nələr baş verdi? - BAKU AKTUAL

Siyasət
18 oktyabr 2024
Müstəqillik yolunda tarixi dönüş | Azərbaycan xalqı əzminin nəticəsini necə aldı? - ARAŞDIRMA

Müstəqillik yolunda tarixi dönüş | Azərbaycan xalqı əzminin nəticəsini necə aldı? - ARAŞDIRMA

Siyasət
18 oktyabr 2024
COP29 prezidenti məqsədləri açıqladı | Bu liderliyi növbəti illərdə də...

COP29 prezidenti məqsədləri açıqladı | Bu liderliyi növbəti illərdə də...

Siyasət
18 oktyabr 2024
Azərbaycanın bu təklifini 127 ölkə dəstəklədi... | Rusiyalı politoloqdan vacib şərh

Azərbaycanın bu təklifini 127 ölkə dəstəklədi... | Rusiyalı politoloqdan vacib şərh

Siyasət
18 oktyabr 2024
Ceyhun Bayramov İstanbulda | “3+3” formatında keçirilən görüş başladı

Ceyhun Bayramov İstanbulda | “3+3” formatında keçirilən görüş başladı

Siyasət
18 oktyabr 2024
Milli Məclisdə müzakirə edilən məsələlər barədə məlumat

Milli Məclisdə müzakirə edilən məsələlər barədə məlumat

Siyasət
18 oktyabr 2024
Hansı partiyanın şansı çoxdur? - Qərb Gürcüstanda inqilab hazırlayır?

Hansı partiyanın şansı çoxdur? - Qərb Gürcüstanda inqilab hazırlayır?

Siyasət
18 oktyabr 2024
Qərbin Gürcüstan barədə məqsədi | Trampa dəstək artır? | Gəncədə partlayış - SALAM BAKU

Qərbin Gürcüstan barədə məqsədi | Trampa dəstək artır? | Gəncədə partlayış - SALAM BAKU

Siyasət
18 oktyabr 2024
Seçilmişlər
icon