Pleyeri seçin:

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - Baku TV

03 oktyabr 2026 30 baxış

Prezident İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.

Dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirib, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini deyib.

Prezident İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu deyib, bu xüsusda cüdoçularımızın mötəbər yarışlarda qazandıqları medalları vurğulayıb.

Azərbaycan Prezidenti idman sahəsində əldə olunmuş uğurlarda paytaxt Bakı ilə yanaşı, regionlarımızda da yaradılmış müasir idman infrastrukturunun roluna toxunub.

Qəbula və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirən Ladislau-Marius Vizer müxtəlif idman tədbirlərində cüdoçularımızın qazandıqları medallar münasibətilə təbriklərini çatdırıb.

Qonaq ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edilib, bu qurumla Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə "Dostluq" ordenini təqdim edib.

Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Ladislau-Marius Vizer bu ordenlə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə təltif olunub.

Türk dövlətləri üçün mühüm tarix | Naxçıvan Sazişinin imzalanmasından 17 il ötür - Baku TV

Türk dövlətləri üçün mühüm tarix | Naxçıvan Sazişinin imzalanmasından 17 il ötür - Baku TV

Siyasət
03 oktyabr 2026 30 baxış
Prezident Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - Baku TV CANLI

Prezident Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - Baku TV CANLI

Siyasət
03 oktyabr 2026 30 baxış
Prezident Qarabağ və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat ayrıldığını açıqladı - Baku TV

Prezident Qarabağ və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat ayrıldığını açıqladı - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
Prezident COP29 zamanı Azərbaycana qarşı ittihamları qərəzli yanaşma adlandırdı - Baku TV

Prezident COP29 zamanı Azərbaycana qarşı ittihamları qərəzli yanaşma adlandırdı - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
Prezident gələn il minimum əməkhaqqı, pensiya və müavinətlərin artırılacağını bildirdi - Baku TV

Prezident gələn il minimum əməkhaqqı, pensiya və müavinətlərin artırılacağını bildirdi - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
Dövlət başçısı ABŞ və Çinlə strateji tərəfdaşlığın əhəmiyyətini vurğuladı - Baku TV

Dövlət başçısı ABŞ və Çinlə strateji tərəfdaşlığın əhəmiyyətini vurğuladı - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
Prezident xarici siyasətin daha fəal aparılmasının vacibliyini vurğuladı - Baku TV

Prezident xarici siyasətin daha fəal aparılmasının vacibliyini vurğuladı - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
İlham Əliyev müasir ideoloji işin qurulmasında YAP üzvlərinin rolunu açıqladı - Baku TV

İlham Əliyev müasir ideoloji işin qurulmasında YAP üzvlərinin rolunu açıqladı - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
"Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da" | İlham Əliyev - Baku TV

"Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da" | İlham Əliyev - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
Prezident xaricdə formalaşan risklərə qarşı görülən tədbirlərdən danışdı - Baku TV

Prezident xaricdə formalaşan risklərə qarşı görülən tədbirlərdən danışdı - Baku TV

Siyasət
02 oktyabr 2026 30 baxış
Seçilmişlər
icon