İki ölkənin dövlət qurumları arasında zəruri təmaslar davam edir - Baku TV
Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Nəsimi Musayevin sentyabrın 26-da xidmət yerində olmadığı müəyyənləşdikdən sonra onun axtarışına başlanılıb.
Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Hərbi Prokurorluqda aparılan araşdırma zamanı Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanan materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda Nəsimi Musayevin Ermənistan ərazisində olması və saxlanılması ilə bağlı hallar araşdırılır. Azərbaycan dövlət qurumları bu məqsədlə Ermənistanın aidiyyəti qurumları ilə zəruri təmasları davam etdirir.
Baş Prokurorluqdan istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
#Baş Prokurorluq teqi istifadə olunub
- Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib - Baku TV
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Prokurorluq Gəncədə aşkarlanan mənimsəmə faktları üzrə cinayət işi başladıb - 24 SAAT
