İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.
İlk növbədə, Çin Xalq Respublikasının Sədri sədri Si Cinpinin salamlarını dövlət başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
Qonaq bildirib ki, Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəssürat hissi doğurur.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib. Dövlət başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirib ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından böyük məmnunluq hissi duyur.
Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib.
Dövlət başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
