İlham Əliyev Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Murla görüşüb.
Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb.
Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib.
Azərbaycan Prezidenti 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
