Pleyeri seçin:

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olub

20 iyul 2023 345 baxış

Prezident İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.

Dövlət başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq.

Yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir.

Məlumat verilib ki, layihə üzrə tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində hazırda inşaat işləri davam etdirilir. Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Bundan başqa, Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.

Banner
Paşinyandan Ermənistanla bağlı kritik etiraf: Azərbaycanın şərtləri qəbul ediləcək? - AKTUAL GÜNDƏM

Paşinyandan Ermənistanla bağlı kritik etiraf: Azərbaycanın şərtləri qəbul ediləcək? - AKTUAL GÜNDƏM

Siyasət
14 oktyabr 2026 345 baxış
Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV

Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV

Siyasət
14 oktyabr 2026 345 baxış
Azərbaycanın dövlət saytlarına kiberhücum | Hakerlərin əsl hədəfi nə idi? - Baku TV

Azərbaycanın dövlət saytlarına kiberhücum | Hakerlərin əsl hədəfi nə idi? - Baku TV

Siyasət
14 oktyabr 2026 345 baxış
Paşinyanın Azərbaycanla bağlı çıxışında diqqətçəkən məqamlar

Paşinyanın Azərbaycanla bağlı çıxışında diqqətçəkən məqamlar

Siyasət
14 oktyabr 2026 345 baxış
Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV

Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV

Siyasət
14 oktyabr 2026 345 baxış
Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV

Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV

Siyasət
14 oktyabr 2026 345 baxış
III Milli Rəqabət Forumu işə başlayıb | Tədbirdə hansı məsələlərə diqqət çəkilir? - Baku TV

III Milli Rəqabət Forumu işə başlayıb | Tədbirdə hansı məsələlərə diqqət çəkilir? - Baku TV

Siyasət
14 oktyabr 2026 345 baxış
Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq? - Paşinyanın çıxışı barədə şərh - Baku TV

Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq? - Paşinyanın çıxışı barədə şərh - Baku TV

Siyasət
14 oktyabr 2026 345 baxış
Media və Yayım Şurasından İran və Türkiyədən ölkəmizə qarşı trol hücumlarına reaksiya - Baku TV

Media və Yayım Şurasından İran və Türkiyədən ölkəmizə qarşı trol hücumlarına reaksiya - Baku TV

Siyasət
14 oktyabr 2026 345 baxış
Mal əti niyə bu qədər bahalaşdı? | Türkiyənin təhlükəsiz dəhliz planı reallaşacaq? - YENİ BİR SƏHƏR

Mal əti niyə bu qədər bahalaşdı? | Türkiyənin təhlükəsiz dəhliz planı reallaşacaq? - YENİ BİR SƏHƏR

Siyasət
14 oktyabr 2026 345 baxış
Seçilmişlər
icon