İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Baş nazir İrakli Qaribaşvili SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Gürcüstanın Baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirib.
Dövlət başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmnuniyyətlə xatırlayıb. Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
