Pleyeri seçin:
İlham Əliyev ilə Hakan Fidanın Münxendə görüşü olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 16-da Münxendə Prezident İlham Əliyevlə qarşı tərəfin müraciətinə əsasən Türkiyə xarici işlər naziri Hakan Fidanın görüşü olub.
Hakan Fidan dövlət başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı gedən danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
