Pleyeri seçin:

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

01 may 2024 417 baxış

Prezident İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.

Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanaraq dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qonağın iştirak etdiyi bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi qeyd olunub.

Azərbaycanla İraq arasında əlaqələrin zəngin tarixinin olduğunu deyən dövlət başçısı hazırda İraqda sabitliyin, əmin-amanlığın təmin edilməsini müsbət amil kimi qiymətləndirib.

Azərbaycan Prezidenti İraqın zəngin tarixə və mədəniyyətə malik olduğunu vurğulayaraq ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığa toxunub, torpaqlarımız erməni işğalı altında olan dövrdə İraqın hər zaman ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərdiyini qeyd edib.

İraq Prezidentinin həm rəsmi, həm də Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfərlərini xatırladan dövlət başçısı bu yaxınlarda Azərbaycanın iki nazirinin rəhbərliyi ilə nümayəndə heyətlərinin İraqa səfər etdiklərini, İraqın Baş naziri tərəfindən qəbul olunduqlarını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində ətraflı müzakirələrin aparıldığını vurğulayıb, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunub.

Prezident İlham Əliyev müdafiə sənayesi, energetika, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Dövlət başçısı Möhsin Əli Əkbər Əl-Mandalavinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını qeyd edib.

Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirən İraq Parlamentinin sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluqlarını bildirib.

Banner
Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Siyasət
05 noyabr 2026 417 baxış
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 417 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 417 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 417 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 417 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 417 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 417 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 417 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 417 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 417 baxış
Seçilmişlər
icon