İlham Əliyev İraqın Baş nazirinin müavinini qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyev İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
Dövlət başçısı bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşünü məmnunluqla xatırlayıb, həmin görüş zamanı Azərbaycan-İraq əlaqələrinə dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.
İraqın Baş nazirinin müavini, xarici işlər naziri ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin olduğunu vurğulayıb. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, OPEC+ formatı çərçivəsində uğurla əməkdaşlıq etdikləri bildirilib.
Fuad Hüsseyn İraqın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini daim dəstəklədiyini bildirib, ölkəmizin Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
