İlham Əliyev İsrailin kənd təsərrüfatı nazirini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib.
Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.
Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
