İlham Əliyev İtaliyada delimitasiya prosesindən danışdı | İlk dəfədir ki...
“Təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olub”.
Bu fikirləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsləndirib.
Dövlət başçısı xatırladıb ki, 30 il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında olub:
“Beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi”.
ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlət başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb.
İlham Əliyevin sözlərinə görə, biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycanla Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu, mümkündür:
“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi razılaşdırılıb. Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq”.