Pleyeri seçin:

İlham Əliyev Kazanda Laosun Prezidenti Thonqlun Sisulit ilə görüşdü

23 oktyabr 2024 275 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.

Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq, iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd edib.

Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb.

O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini deyib.

İlham Əliyev ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxunub.

Görüşdə gələn il Azərbaycanla Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanıb, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib.

İlham Əliyev İrəvanda keçirilən tədbirdə videobağlantı formatında çıxış etdi

İlham Əliyev İrəvanda keçirilən tədbirdə videobağlantı formatında çıxış etdi

Siyasət
04 may 2026 275 baxış
Prezident “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış etdi - Baku TV

Prezident “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış etdi - Baku TV

Siyasət
04 may 2026 275 baxış
Afrikada vəziyyət pisləşir: Qitə ikiyə ayrılacaq? | SEPAH ABŞ-yə ultimatum verdi - YENİ BİR SƏHƏR

Afrikada vəziyyət pisləşir: Qitə ikiyə ayrılacaq? | SEPAH ABŞ-yə ultimatum verdi - YENİ BİR SƏHƏR

Siyasət
04 may 2026 275 baxış
Neft bazarında yeni oyunlar | ABŞ OPEK və Rusiya ilə bağlı planını reallaşdırır? - YEKUNLAŞDIRAQ

Neft bazarında yeni oyunlar | ABŞ OPEK və Rusiya ilə bağlı planını reallaşdırır? - YEKUNLAŞDIRAQ

Siyasət
03 may 2026 275 baxış
Prezident İlham Əliyev Polşalı həmkarını təbrik edib - Baku TV

Prezident İlham Əliyev Polşalı həmkarını təbrik edib - Baku TV

Siyasət
03 may 2026 275 baxış
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndərilir - Baku TV

Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndərilir - Baku TV

Siyasət
03 may 2026 275 baxış
Emi Karlondan ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı paylaşım - Baku TV

Emi Karlondan ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı paylaşım - Baku TV

Siyasət
03 may 2026 275 baxış
Anti-Azərbaycan qətnamələrinə sərt cavab verildi - Baku TV

Anti-Azərbaycan qətnamələrinə sərt cavab verildi - Baku TV

Siyasət
02 may 2026 275 baxış
Rusiya Çinə qarşı: İranı Pakistandakı sülh masasından uzaqlaşdırır? - AKTUAL GÜNDƏM

Rusiya Çinə qarşı: İranı Pakistandakı sülh masasından uzaqlaşdırır? - AKTUAL GÜNDƏM

Siyasət
02 may 2026 275 baxış
Özbəkistan səfiri Qarabağla bağlı təəssüratını bölüşdü - Baku TV

Özbəkistan səfiri Qarabağla bağlı təəssüratını bölüşdü - Baku TV

Siyasət
02 may 2026 275 baxış
Seçilmişlər
icon