Pleyeri seçin:
İlham Əliyev sülhün və təhlükəsizliyin əsas şərtlərini açıqladı - Baku TV
“Biz həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kamboca Baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.
“Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır”, – Prezident bildirib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV
- Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV
- "ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV
- Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV
- Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV
