Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV
Prezident İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
Dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirib və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini deyib. Bu xüsusda dövlət başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırlayıb.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğulayıb.
Nazir qeyd edib ki, İran Prezidenti ölkələrin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirib.
İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu deyib.
Söhbət zamanı ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV
- Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV
- "ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV
- Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV
- İlham Əliyev sülhün və təhlükəsizliyin əsas şərtlərini açıqladı - Baku TV
