Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq”.
Bu barədə Kamboca Krallığının Baş naziri Hun Manet Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
“Cənab Prezidentlə razıyam ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir”, – Hun Manet vurğulayıb.
#Kamboca teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Zelenski Trampın planına qarşı çıxdı? | Sergey Lavrovdan sərt açıqlama - YENİ BİR SƏHƏR
- Biznes forumunda iki ölkənin investisiya imkanlarından danışılıb - Baku TV
- Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV
- Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV
