"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kamboca Baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.
“Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.
Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər”, – Prezident bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər
- Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar - Baku TV
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV
- İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV
- Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV
