İlham Əliyev Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlığın perspektivini açıqladı - Baku TV
“Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kamboca Baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.
“Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”, – Prezident bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV
- Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV
- "ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV
- Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV
- Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV
