İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçlə görüşüb.
Monteneqro dövlət baçsısı COP29-u uğurlu tədbir adlandırıb. O qeyd edib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib.
Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasına toxunaraq, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğulayıb.
COP29-un qısa müddət ərzində təşkil olunduğunu deyən İlham Əliyev bildirib ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan Azərbaycana qarşı “fake news” və qarayaxma kampaniyasına start verilib.
“Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil”, – o vurğulayıb.
Dövlət başçısı bildirib ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.
İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırladıb.
İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlət başçısı qeyd edib ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Görüşdə Monteneqro Prezidenti dövlət başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib.
#İlham Əliyev teqi istifadə olunub
- Monteneqronun Baş naziri Miloyko Spayiç Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Azərbaycandan Türkiyəyə təbrik | Zelenskidən çağırış: dördtərəfli görüş olacaq? - YENİ BİR SƏHƏR
- Dövlət başçısı Donald Trampın xoş sözlərinə görə səmimi minnətdarlığını ifadə etdi - Baku TV
- Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Baku TV
- İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
