İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi | Əsas məqamlar
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib.
Dövlət başçısı tezliklə Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edəcəyini və bunun sayca üçüncü olacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında artan strateji münasibətlərdən danışıb.
Qeyd edib ki, ilk baxışda Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlərin ən yüksək müttəfiqlik səviyyəsində olduğunu bildirən dövlət başçısı ölkəmizdə təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatının qeydiyyatdan keçdiyini və uğurla fəaliyyət göstərdiyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında ticarət sürətli templə inkişaf edir. Ötən il əmtəə dövriyyəsi 252 milyon dollar olub, bu ilin 9 ayının göstəricilərinə əsasən, 319 milyon dollara çatıb.
Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələrin olduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsinin 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycan və Özbəkistanda təşkil etmək qərarına gəldiyini diqqətə çatıdırıb və qeyd edib ki, bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
