İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 10-da Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib. Dövlət başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı Qurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.
Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlət başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasına xidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
