İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Prezidenti Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə R.T.Ərdoğanı və "Cümhur İttifaqı"nı təbrik edib.
İlham Əliyev qeyd edib ki, R.T.Ərdoğanın rəhbərliyi altında Türkiyə böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. R.T.Ərdoğan göstərilən diqqətə və təbrikə görə İ.Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
