İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.
Prezident İlham Əliyev müşahidə missiyasında iştirakına görə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirib.
Can Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib. Ölkəmizlə müxtəlif sahələrdə yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu deyən Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Heydər Əliyev Fondunun xətti ilə qurulan mədəni-humanitar əməkdaşlığı xüsusilə qeyd edib.
Dövlət başçısı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirib, ölkəmizin eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini vurğulayıb. Bu xüsusda dövlət başçısı prezident seçkilərində qələbə münasibətilə ilk təbrikləri Təşkilata üzv ölkələrdən aldığını qeyd edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb.
Qonaq Azərbaycanın COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, bunun Azərbaycanın insaniyyətə və bəşəri inkişafa verdiyi töhfənin bariz nümunəsi olduğunu bildirib. Can Min COP29 çərçivəsində də Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələlərini qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
