Pleyeri seçin:

İlham Əliyev ÜST-nin Baş direktorunu qəbul etdi

13 mart 2024 452 baxış

Prezident İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Tedros Adhanom Qebreyesus İlham Əliyevi Prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd edilib, Tedros Adhanom Qebreyesusun bu tədbirdə iştirakının önəmi vurğulanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun artdığı bildirilib və bu forumda xeyli sayda qonağın iştirakı bunun yaxşı göstəricisi kimi dəyərləndirilib.

Qonaq Ümumdünya Səhiyyə Təşkilatı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək bu mərkəzin onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib və Mərkəzin İdarə Heyətinin üzvləri ilə mütəmadi olaraq görüşlər keçirdiyini qeyd edib.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq statuslu qeyri-hökumət təşkilatı olaraq müstəqil şəkildə fəaliyyət göstərdiyini və ölkəmizin də bu təşkilatın işinə dəstək verdiyini vurğulayıb.

Dövlət başçısı hər il Bakının ev sahibliyi ilə keçirilən Qlobal Forumun beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi və onların həlli yollarının tapılması baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edib.

Banner
Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV

Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV

Siyasət
07 noyabr 2026 452 baxış
Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV

Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV

Siyasət
07 noyabr 2026 452 baxış
Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV

Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV

Siyasət
07 noyabr 2026 452 baxış
Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi

Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi

Siyasət
06 noyabr 2026 452 baxış
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb

Siyasət
06 noyabr 2026 452 baxış
Ermənilərin dağıtdığı qədim Göyçə kəndi | Bir kəndin deportasiya və qırğın taleyi

Ermənilərin dağıtdığı qədim Göyçə kəndi | Bir kəndin deportasiya və qırğın taleyi

Siyasət
06 noyabr 2026 452 baxış
"Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV

"Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV

Siyasət
06 noyabr 2026 452 baxış
"Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV

"Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV

Siyasət
06 noyabr 2026 452 baxış
Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV

Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV

Siyasət
06 noyabr 2026 452 baxış
"Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər" | Prezident - Baku TV

"Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər" | Prezident - Baku TV

Siyasət
06 noyabr 2026 452 baxış
Seçilmişlər
icon