İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 17-də Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib.
Daha sonra Prezident və Baş nazir mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətindən, həyata keçirilən layihələrdən, ölkələrimiz arasında paralel aparılan tərəfdaşlıq fəaliyyətlərindən danışıb.
Eləcə də Gürcüstanın Baş naziri öz bəyanatında qonaqpərvərliyinə görə dövlət başçısına təşəkkür edib.
Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin iqtisadi aspektinin vacibliyini vurğulayan İrakli Kobaxidze Azərbaycanın Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasında olduğunu bildirib. O qeyd edib ki, siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə də görüşü baş tutub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
