İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə bir sıra açılışlarda iştirak etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji”nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
Dövlət başçısı və xanımı rayondakı Xudavəng monastır kompleksində də olublar.
Həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.
İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
Dövlət başçısı və xanımı Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar. İlham Əliyev eyni zamanda Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olan İlham Əliyev və Mehriban Əliyeva rayonda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.
Dövlət başçısı Kəlbəcərdə 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” Kəlbəcər Su Elektrik Stansiyasının açılışını edib. Eyni zamanda dövlət başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 su elektrik stansiyası barədə məlumat verilib.
İlham Əliyev rayonunun İstisu qəsəbəsində “İstisu” yarımstansiyasının açılışında da iştirak edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
