Pleyeri seçin:

İlham Əliyev və Petr Fiala Oksfordda nələrdən danışdı?

18 iyul 2024 291 baxış

Prezident İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olunub.

Petr Fiala Azərbaycanla Çexiya arasında münasibətlərin strateji xarakter daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirib. Qeyd edib ki, Çexiya Azərbaycanla münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlət başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirib.

Görüşdə Azərbaycanla Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edilib.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunulub, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlət başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirib və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğulayıb.

Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib - Baku TV

Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib - Baku TV

Siyasət
21 iyun 2026 291 baxış
Azərbaycanla Belarus arasında hərbi təhlükəsizlik məsələləri müzakirə olunub - Baku TV

Azərbaycanla Belarus arasında hərbi təhlükəsizlik məsələləri müzakirə olunub - Baku TV

Siyasət
20 iyun 2026 291 baxış
Ermənistan TRIPP layihəsindən geri çəkilir? - AKTUAL GÜNDƏM

Ermənistan TRIPP layihəsindən geri çəkilir? - AKTUAL GÜNDƏM

Siyasət
20 iyun 2026 291 baxış
Rusiya Ermənistana növbəti humanitar və strateji dəstəyini göndərdi - ANA XƏBƏR

Rusiya Ermənistana növbəti humanitar və strateji dəstəyini göndərdi - ANA XƏBƏR

Siyasət
20 iyun 2026 291 baxış
Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub - Baku TV CANLI

Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub - Baku TV CANLI

Siyasət
20 iyun 2026 291 baxış
ABŞ Zəngəzuru açır, İran qarşısını kəsməyə çalışır? - AKTUAL GÜNDƏM

ABŞ Zəngəzuru açır, İran qarşısını kəsməyə çalışır? - AKTUAL GÜNDƏM

Siyasət
19 iyun 2026 291 baxış
Prezident Dağıstanın tanınmış şəxsini təltif edib

Prezident Dağıstanın tanınmış şəxsini təltif edib

Siyasət
19 iyun 2026 291 baxış
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi

Siyasət
19 iyun 2026 291 baxış
Türk dünyasının ortaq əlifbası ilə bağlı yeni addım | Yaxın Şərqdə gərginlik bitir? - YENİ BİR SƏHƏR

Türk dünyasının ortaq əlifbası ilə bağlı yeni addım | Yaxın Şərqdə gərginlik bitir? - YENİ BİR SƏHƏR

Siyasət
19 iyun 2026 291 baxış
Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III konqres-festival keçirilib - Baku TV

Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III konqres-festival keçirilib - Baku TV

Siyasət
19 iyun 2026 291 baxış
Seçilmişlər
icon