Pleyeri seçin:

İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak etdi - Baku TV

24 dekabr 2025 561 baxış

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına və birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verib.

Ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlət başçısı iyulda burada görülən işlərlə tanış olub.

Bildirilib ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə "Zəfər qalereyası" sərgi-nümayiş zalı yaradılıb.

Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb.

İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Qeyd edək ki, Xankəndi şəhərində Zəfər parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir. Eyni zamanda park Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla davam etdiyini göstərir. 

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 561 baxış
İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 561 baxış
İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

Siyasət
24 sentyabr 2026 561 baxış
Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Siyasət
24 sentyabr 2026 561 baxış
Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Siyasət
23 sentyabr 2026 561 baxış
Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Siyasət
23 sentyabr 2026 561 baxış
Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Siyasət
23 sentyabr 2026 561 baxış
İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
23 sentyabr 2026 561 baxış
BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

Siyasət
23 sentyabr 2026 561 baxış
Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Siyasət
23 sentyabr 2026 561 baxış
Seçilmişlər
icon