İlham Əliyevdən Gürcüstandakı hadisələrə reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanda sabitliyin pozulması təhlükəsi Azərbaycan üçün də zərərlidir”.
Bunu Azərbaycan Prezidenti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı Gürcüstanda vəziyyətin sabitləşdiyini qeyd edib:
“Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Gürcüstanda sabitliyin pozulması təhlükəsi Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.
Prezident Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsinə diqqət çəkib:
“Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, onminlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
